15 Avqust 2023 10:55
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbi xunta devrilmiş prezident Məhəmməd Bazumu “vətənə xəyanət” ittihamı ilə mühakimə etmək istədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Vətəni Müdafiə Milli Şurasının (CNSP) sözçüsü Amadu Abdurrahman tərəfindən oxunan bəyanatda Bazumun “vətənə xəyanət” və “ölkənin təhlükəsizliyinə təhlükə törətmək” ittihamları ilə mühakimə olunmasının istənildiyi bildirilib.

“Niger hökuməti devrilmiş prezidentin, onun yerli və xarici tərəfdaşlarının “vətənə xəyanət” və “daxili və xarici təhlükəsizliyə təhlükə törətmək” ittihamları ilə yerli və beynəlxalq orqanlar qarşısında mühakimə olunması üçün lazımi sübutları toplayıb”, - bəyanatda vurğulanıb.

Məhəmməd Bazum iyulun 26-da Prezident Mühafizə Alayının hərbçiləri tərəfindən saxlanılıb. Həmin axşam hərbçilər onun hakimiyyətinə son qoyulduğunu bəyan ediblər.

Prezident Mühafizə Alayının komandiri general Abdurrahman Çiyani iyulun 28-də Vətəni Müdafiə Milli Şurası xuntasına rəhbərlik etməyə başlayıb və keçid hökumətinin başçısı olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər