İki diversiya və kəşfiyyat qrupu Rusiya tərəfdən Ukraynanın (Çerniqov vilayətində) dövlət sərhədini keçməyə cəhd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələrinin komandanı Sergey Nayev məlumat verib.
Nayev bildirib ki, müdaxilə zamanı atışma baş verib, Rusiyanın diversiya qüvvələri artilleriya atəşi ilə qarşılanıb.
İlkin məlumata görə, iki təxribat-kəşfiyyat qrupu beş və yeddi yaraqlıdan ibarət olub. Yaralı və həlak olanlarla birlikdə itki verən ruslar əks istiqamətdə geri çəkiliblər.