Ukraynalı hərbçilər tərəfindən bu yaxınlarda ələ keçirilən rus raketi Rusiyanın müasir silahlarının tükəndiyini və müharibənin intensivliyini saxlamaq üçün istehsalı artırmalı olduğunu göstərir. Raketin mayda istehsal olunduğu bildirilir.
Teleqraf.com xəbər verir ki, raketin istehsal tarixi Ukraynanın “StateWatch” qeyri-hökumət təşkilatı və ABŞ-ın “Bloomberg News” media qurumu tərəfindən təhlil edilən fotolarla sübuta yetirilib. Bu, rusların istehsalı başa çatan kimi raketləri istifadə etməyə məcbur olduqlarını göstərir.
Məlumatda qeyd olunur ki, iyun ayında Ukraynanın Sumı vilayətinin şimalında aşkar edilən raket “Tornado-S” çoxfunksiyalı sistemi ilə buraxılıb.
“Korpusun üzərindəki qeydlər mərminin buraxılmasından cəmi bir ay əvvəl - mayın 19-da istehsal edildiyini göstərir. “StateWatch”ə görə, mərmilər istifadə edilməzdən və cəbhəyə görünməzdən əvvəl adətən bir neçə ay sınaqdan keçirilir”, - məlumatda deyilir.