18 Avqust 2023 16:27
9 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov müharibənin nə vaxt bitəcəyi ilə bağlı sualı cavablandırıb.

Teleqraf.com xəbər verir ki, kəşfiyyatçı konkret tarix verməyin çətinliyinə diqqət çəkib.

“Əsas məsələ müharibənin necə bitəcəyidir. Müharibə Ukrayna torpaqlarının azad edilməsi, Avropa və Avro-Atlantik birliyin ayrılmaz hissəsi kimi azad, müstəqil, suveren Ukrayna dövlətinin yaradılması ilə başa çatacaq. Əlbəttə, təqvimlərdən, tarixlərdən danışmırıq. Amma Ukrayna təhlükəsizlik və müdafiə qüvvələri, bütün Ukrayna xalqı bu tarixin mümkün qədər tez baş tutması üçün əlindən gələni edir”, - Yusov bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər