Türkiyə Xarici İşlər Nazirliyi Kiprdə bufer zonada olan BMT sülhməramlı qüvvələrinin bölgədə yol işləri görən Kipr türklərinə qarşı hərəkətlərini pisləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
“Qarant ölkə olaraq biz BMT-nin sülhməramlı qüvvələrini adada iki tərəfə münasibətdə 60 ilə yaxındır Kiprdə həyata keçirdikləri missiyasına kölgə sala biləcək hərəkətlərdən və ritorikadan çəkinməyə, Şimali Kipr Türk Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırırıq”, - bəyanatda deyilir.
Həmçinin əlavə olunur ki, yaranmış vəziyyət BMT-nin bölünmüş adanın icmalarına və Kiprdə məskunlaşmaya bərabər yanaşmanın təmin edilməsi üzrə əsas öhdəliklərini hələ də yerinə yetirmədiyini göstərir.