Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Rusiyaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Səfər çərçivəsində Soçidə Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq.
Liderlərin xüsusilə “Taxıl sazişi”ni müzakirə edəcəkləri gözlənilir.