24 Avqust 2023 17:58
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Hakan Fidan İraq səfəri çərçivəsində Kürd Muxtariyyətinin baş naziri Məsrur Bərzani ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, nazir terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığa görə regional administrasiyaya təşəkkürünü bildirib.

“Terror bəlasından qurtulmaq üçün hələ çox iş görməliyik. Türkiyədə bu məsələni böyük ölçüdə həll etmişik. Hazırda PKK terroru özünü İraq torpaqlarında gizlədib. Birlikdə bu virusu İraqdan təmizləyəcəyik. Həm Bağdad, həm də Ərbil rəhbərliyi PKK terrorunu İraq torpağından təmizləməkdə qərarlıdır. Bundan məmnunuq. Aidiyyəti qurumlara əlimizdən gələn dəstəyi verəcəyik”, - Fidan deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər