25 Avqust 2023 12:59
2 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Mark Milli ölkəsinin Yaxın Şərq siyasəti ilə bağlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, general Yaxın Şərqin ABŞ üçün bir çox cəhətdən mühüm bölgə olduğunu deyib.

“Bu regionla yaxın dostluğumuz və tərəfdaşlığımız var. Bu yerlərdə sabitliyin olduğuna əmin olmaq istəyirik. Region bütün dünya üçün neft və enerji ehtiyatlarının əsas mənbəyidir”, - Baş Qərargah rəisi bildirib.

Milli Yaxın Şərqlə əlaqələrini davam etdirəcəklərini vurğulayıb:

“ABŞ-ın Yaxın Şərqdən çıxmasını təsəvvür edə bilmirəm. Buradakı öhdəliyimiz uzun illər davam edəcək”.

ABŞ-ın bölgədəki hərbi varlığını artırıb-artırmayacağı ilə bağlı general bunu deyib: “Bu, təhlükə səviyyəsindən asılıdır”.

Milli İŞİD terror təşkilatının hələ də tamamilə məhv edilmədiyini iddia edib:

“İdeologiya hələ ölməyib. İŞİD terrorçuları hələ də Suriya və İraq səhralarında gəzirlər, ona görə də onlar hələ də bizim üçün təhlükədir”.

Baş Qərargah rəisi ABŞ-ın həm Suriya, həm də İraqda hərbi varlığını davam etdirəcəyinə diqqət çəkib:

“Biz birdən-birə buradan çəkilsək, İŞİD üzvləri yenidən təşkilatlana bilər. Hazırda vəziyyət əvvəlkindən yaxşıdır, amma hələ də müəyyən səy tələb edir”.

Milli İŞİD-in tamamilə məhv ediləcəyi təqdirdə ABŞ-ın buradan çəkilib-çəkilməyəcəyi sualına cavab olaraq, bu qərarın Prezident Co Bayden və hökumətinə aid olduğunu bildirib.

ABŞ-ın son günlər İraqdakı hərbi fəallığı müzakirələrə səbəb olub. İraqlı hərbi ekspertlər ABŞ-ın bu aktivliyinin adi bir durum olmadığını söyləyirlər. Amerikanın addımlarını 1991-2003-cü illərdəki proseslərlə müqayisə edən analitiklər bu gəlişməni böyük müharibənin xəbərçisi kimi qiymətləndirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər