28 Avqust 2023 12:34
1 726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe xarici işlər naziri Nəcla əl-Mənquşu israilli həmkarı Eli Kohenlə görüşdüyü üçün vəzifəsindən uzaqlaşdırıb.

Teleqraf.com xəbər verir ki, baş nazirin fərmanı ilə Nəcla əl-Menquş vəzifəsindən uzaqlaşdırılmaqla yanaşı, barəsində istintaq başladılıb.

Fərmanda Mənquşla bağlı araşdırmanın Liviya ədliyyə nazirinin sədrliyi ilə yaradılacaq komissiya tərəfindən aparılacağı bildirilib.

Liviyada siyasi partiyalar və bir sıra dövlət qurumları Nəcla əl-Mənquşun İsrail xarici işlər naziri ilə görüşünə sərt reaksiya verib.

Paytaxt Tripoli ilə yanaşı ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilərkən, ictimai-siyasi dairələrdən Mənquşu qınayan bəyanatlar gəlib.

Liviya Dövlət Ali Şurası görüşü qəti şəkildə rədd etdiyini və qınadığını açıqlayıb.

İsrail Xarici İşlər Nazirliyi bundan əvvəl iki ölkənin xarici işlər nazirləri arasında tarixi görüşün keçirildiyini bəyan etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər