13 Yanvar 2015 02:00
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa polisi hesab edir ki, Parisdə terror aktlarına cəlb olunmuş 6 şəxs hələ də azadlıqdadır.

Yerli hüquq-mühafizə orqanları artıq bununla bağlı ictimaiyyəti rəsmi şəkildə xəbərdar ediblər.

Teleqraf.com-un məlumatına görə, bu arada Parisdə terror törətmiş şəxslərdən birinin Türkiyədə olması iddiası ortaya çıxıb.

Türkiyə rəsmiləri isə bəyan ediblər ki, terrorda iştirakına görə axtarılan - öldürülmüş terrorçunun həyat yoldaşı xanım Bumedden Suriyadadır.

Eyni zamanda, hadisədən bir neçə gün sonar terrorçuların istifadə etdiyi avtomobilin Parisin küçələrində hərəkəti müşahidə edilib. Lakin təhlükəsizlik qüvvələri avtomobili ələ keçirə bilməyiblər.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər