13 Yanvar 2015 21:10
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdəki ofisinə hücum təşkil edilən “Charlie Hebdo” jurnalı bu həftə 3 milyon ədəd nəşr olunaraq, 25 ölkədə satışa çıxarılacaq, 16 dilə çevriləcək.

Jurnalın satışa çıxarılacağı ölkələr arasında Avstraliya və Hindistan da var.

Teleqraf.com-un məlumatına görə, hər həftə çərşənbə günləri satışa çıxarılan jurnal adi halda 60 min ədəd nəşr olunur.

Jurnal 7 yanvar tarixində gerçəkləşdirilən hücumdan sonra müvəqqəti olaraq, “Liberation” qəzetinin binasında sığınacaq tapıb.

Xatırladaq ki, jurnalın Parisdəki ofisinə təşkil edilən silahlı hücumda ikisi polis, dördü karikaturaçı olmaqla 12 adam həyatını itirmişdi.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər