Rusiyanın Ukraynadakı birləşmiş qüvvələrinin keçmiş komandiri general Sergey Surovikin Afrikada görünüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Surovikin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin tərkibində Əlcəzairdədir.
Səfərlə bağlı başqa təfərrüatlar verilməyib.
Mediada yayılan yeni fotosunun Əlcəzairdə bir məsciddə çəkildiyi bildirilir.
“Vaqner” qruplaşmasının iyundakı qiyamına dəstək verdiyi iddia olunan Sergey Surovikin iyulda vəzifəsindən azad edilərək ev dustaqlığına göndərilmişdi. Avqustun son günlərində azadlığa buraxılan generalın harada olduğu müzakirə mövzusu idi.