Ukrayna Prezidenti Vladimir Zelenski Baxmut və daha iki mühüm şəhəri Rusiya işğalından azad edəcəyinə söz verib.
Teleqraf.com xəbər verir ki, bu barədə amerikalı jurnalistlərə açıqlamasında danışıb.
“Baxmutu işğaldan azad edəcəyik”, - Zelenski deyib.
Prezident həmçinin bildirib ki, əks-hücum zamanı Ukraynanın daha iki şəhəri geri qaytara biləcəyinə inanır:
“Düşünürəm ki, biz daha iki şəhəri işğaldan azad edirik. Mən sizə hansı şəhərləri deməyəcəyəm. Bir planımız var, əhatəli plandır”.
Havanın dəyişməsinin cəbhədəki hadisələrin inkişafına necə təsir edəcəyini şərh edən Zelenski vurğulayıb ki, ötən il Ukrayna qoşunları eyni şəraitdə döyüşmək təcrübəsi qazanıb və qışda əməliyyatlar dayanmayacaq.