"Ər-Riyad Ukraynadakı münaqişənin həllində vasitəçi olmağa hazırdır".
Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud bildirib.
O qeyd edib ki, Ukraynadakı böhranın sülh yolu ilə həlli üçün bütün səylər göstərilməlidir.
"Biz Ukraynadakı münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirməyə hazırıq".
O, Ukrayna böhranı ilə bağlı məsləhətləşmələrin keçirildiyi, Rusiyanın iştirakı olmadan 40 ölkənin nümayəndələrinin iştirak etdiyi Ciddədə krallığın keçmiş səylərinə işarə edib.