Cənubi Koreya və ABŞ hərbçiləri Yapon dənizində doqquz gəminin iştirakı ilə hərbi təlimlərə başlayıb.
Teleqraf.com xəbər verir ki, sentyabrın 27-dək davam edəcək təlimlərdə Cənubi Koreyanın iki sualtı qayığı və “Yulgok Li Yi” esminesi də daxil olmaqla iki təyyarə və doqquz gəmi iştirak edir.
Cənubi Koreya donanması təlimin Şimali Koreyanın yaxınlaşan nüvə və raket təhdidlərinə cavab olaraq keçirildiyini bildirib.