Moskva Ukrayna ilə bağlı danışıqlar üçün Qərbdən heç bir ciddi təklif görmür.
Teleqraf.com xəbər verir ki, bu sözləri TASS agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir Rusiya-Ukrayna danışıqlarının başlaması perspektivlərini şərh edərkən deyib: “Biz Qərbdən heç bir ciddi təklif görmürük”.
“Afrika nümayəndə heyətləri əvvəllər Rusiyaya gəlib və sülh yolu ilə nizamlanmanın tərəfdarı olublar, həmçinin Çin, Braziliya və bir sıra digər ölkələrdən, həmçinin Ərəb Dövlətləri Liqasından təkliflər olub”, - o qeyd edib.
Nazir, həmçinin vurğulayıb ki, bütün tərəflər üçün bərabər şəraitdə təhlükəsizlik təmin edilməlidir