28 Sentyabr 2023 09:39
3 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran bu il oktyabrın ortalarında raketlərin ötürülməsi ilə bağlı Rusiya ilə razılaşa bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu, İrana bu cür razılaşmaları qadağan edən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddəti bitdikdən sonra - oktyabrın 18-də baş verə bilər.

İsrail kəşfiyyatının hesabatları göstərir ki, Rusiya İrandan “Fateh-110” və “Zülfüqar” ballistik raketlərini əldə etməyə çalışır. Hər ikisi 300 kilometr və ya daha çox məsafəyə malikdir. Avqustda Rusiya müdafiə naziri Sergey Şoyqu Moskvada hərbi sərgidə İran stendinə baş çəkib və İranın müxtəlif raketlərini, o cümlədən yuxarıda qeyd olunanları yoxlayıb.

Sentyabrın 19-da Şoyqu ikitərəfli müdafiə və hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə etmək üçün Tehrana səfər edib. “İslam İnqilabı Keşikçiləri Korpusu”nun (SEPAH) Hava və Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə Şoyquya yerli pilotsuz təyyarələr, raketlər və hava hücumundan müdafiə vasitələri haqda geniş məlumat verib.

Analitiklərin fikrincə, Şoyqu həmçinin İran müdafiə naziri Məhəmməd Rza Aştiyani ilə BMT Təhlükəsizlik Şurasının 2231 saylı sanksiya qətnaməsinin müddətinin başa çatmasını müzakirə edib. Bu, yeni müqavilənin imzalanmasına hazırlığın göstəricisi ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər