15 Yanvar 2015 07:50
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziyanın qərb bölgəsində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, Perak ştatının ərazisində turistləri daşıyan avtobus aşaraq yanıb.

Nəticədə, avtobusun sürücüsü daxil olmaqla, 8 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

İlkin ehtimala görə, texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib. İnsidentin təfərrüatları müəyyənləşdirilir.


Müəllif:

Oxşar xəbərlər