2 Oktyabr 2023 21:21
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə öz peşə borclarını maneəsiz davam etdirməkdən ötrü jurnalistlər Yaşıl Pasportla təmin oluna bilərlər.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə ölkənin 6 nüfuzlu jurnalisti prezident Rəcəb Tayyib Ərdoğana mürciət edib.

Yaşıl Pasport tələbinin yer aldığı müraciətdə son illər artan viza maneəsi səbəbindən jurnalistlərin xarici ölkələrdə baş verənləri yerindəcə izləməkdə çətinlik çəkdiyi vurğulanıb.

Dövlət məmurlarının müəyyən dərəcədən sonra Yaşıl Pasport almaq hüququ qazandığı qeyd edilən müraciətdə mətbuat-media sektorunda müəyyən meyarlara cavab verən jurnalistlərin xaricdə işləməsinin asanlaşdırılması istənilib.

Müraciətə imza atanlardan biri - Anadolu Nəşriyyatçılar Dərnəyi başçısı Sinan Burhan bildirib ki, bütün problemlərimizi həll edən prezidentimiz Rəcəb Tayyib Ərdoğanın bizə dəstək olacağına inanırıq.

Müraciət Ərdoğana təqdim edilib.


Müəllif: Mahir

Oxşar xəbərlər