Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.
Teleqraf.com xəbər verir ki, Hakan Fidan Suriyanın şimalında həyata keçirilən antiterror tədbirləri haqda danışıb.
O, ABŞ-ın Türkiyənin müttəfiqi olaraq Suriyanın şimalındakı terror təşkilatı YPG ilə əməkdaşlıqdan vaz keçməsinin vacib olduğunu vurğulayıb.