9 Oktyabr 2023 11:28
2 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edib, amma heç bir ümumi sənəd qəbul olunmayıb.

Teleqraf.com xəbər verir ki, ümumi bəyanatın müzakirə olunmadığı iclasda hər hansı mətn də təklif edilməyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib ki, Təhlükəsizlik Şurası üzvləri hücumların baş verməməli olduğu barədə razılığa gəlib.

“Ümid edək ki, vəziyyət daha da pisləşməsin. Bunun yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, - amerikalı diplomat deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər