Ukrayna ordusu ötən sutka ərzində cəbhənin 6 istiqamətində Rusiyanın hücumlarını dəf edib. Cəbhədə ümumilikdə 39 toqquşma baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna müdafiə qüvvələri Sinkivka, İvanivka və Makikvada rusların hücumlarını dayandırıb. Təkcə Klişivka yaxınlığında 4 belə həmlənin qarşısı alınıb.
Eyni zamanda, Ukrayna qüvvələri Baxmut şəhərinin cənubunda hücum əməliyyatlarını davam etdirir. Ukraynalı hərbçilər Andriyevkada qismən uğur qazanıblar.
Rusiya qoşunları Marin və Novomixaylivka rayonlarında 15-dən çox uğursuz hücum əməliyyatı keçirib. Şaxtyor istiqamətində Staromayorskda rusların hücumu dəf edilib. Zaporoje istiqamətində isə Levadnıda rus ordusunun qarşısı alınıb.
Ukrayna qoşunları Melitopola doğru hücum əməliyyatını davam etdirir.