Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ kəşfiyyatının Fələstin-İsrail münaqişəsinin gərginləşməsi barədə əvvəlcədən xəbərdarlıq etməməsini “böyük uğursuzluq” adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, ABŞ dövlət katibi Entoni Blinkenin Yaxın Şərqdə eskalasiyanı proqnozlaşdıra bilməyən kəşfiyyatın yanlış hesablamasını şərh etməkdən imtina etməsinə diqqət çəkib.
“Bu necə oldu? ABŞ Rusiyanın 2021-ci ilin sonu - 2022-ci ilin əvvəlində Ukraynaya “təcavüz”ü barədə dünyaya xəbər vermişdi. Necə olur ki, Yaxın Şərqdə hazırkı eskalasiya başlamamışdan ən azı bir gün əvvəl ABŞ-da heç kim bir söz demədi? Başqa bir sirr - bu, Con Kennedinin öldürülməsindən də pisdir”, - diplomat deyib.
Zaxarova qeyd edib ki, Kiyevin silahla gücləndirməsi və Ukrayna ərazisinin 8 il ərzində anti-Rusiya tramplininə hazırlanması ilə bağlı kifayət qədər faktlar var:
“2022-ci ilin fevralına 4 ay qalmış anqlo-sakslar öz təxribatlarını ört-basdır etmək üçün lazım olan informasiya fonunu yaratdılar, daha sonra Zelenskiyə Donbasın atəşə tutulmasını gücləndirmək əmri verdilər.
Nəzərinizə çatdırım ki, amerikalıların hər yerdə, o cümlədən regionda peykləri və hərbi bazaları var, onların Maliyyə Nazirliyi dünyada bütün dollarların bank dövriyyəsinə nəzarəti həyata keçirir, kəşfiyyat xidmətləri telefon danışıqlarını dinləyir və Amerika İT şirkətlərinin avadanlıqlarına nəzarət edir və ən əsası, Bayden administrasiyasında heç kim bunu etmədi - belə böyük bir uğursuzluğa görə istefa vermədi”.