10 Oktyabr 2023 13:30
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Fələstin və İsrail arasındakı hazırkı duruma görə Qərb ölkələrini ittiham edib.

Teleqraf.com xəbər verir ki, iranlı nazir bu barədə Avropa Birliyi diplomatiyasının rəhbəri Jozef Borrellə telefon danışığında bildirib.

Onun sözlərinə görə, Avropa və Qərb ikili standartlarını dayandırsaydı, bəlkə də bu gün Fələstin bu vəziyyətdə olmazdı. Abdullahiyan Qərbi Fələstinə dəstək verməyə çağırıb.

Borrell İran rəsmisinə cavabında sülhü dəstəkləmək barədə düşünməyin də lazım olduğunu deyib.

Abdullahiyan isə öz növbəsində HƏMAS-ın İsrailə hücumunu “müqavimət əməliyyatı” adlandıraraq, bunun “legitim və təbii” olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər