“Moskva ümid edir ki, Fələstin-İsrail münaqişəsinin sonunda BMT Təhlükəsizlik Şurasının qərarına əsasən, suveren Fələstin dövləti yaradılacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Ümid edirik ki, tezliklə bu münaqişə sona çatdıqda, hər kəs BMT-nin təsdiq etdiyi prinsiplərə əsaslanan Fələstin dövlətinin yaradılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün məsuliyyət daşıyacaq”, - nazir bildirib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin suveren Fələstin dövlətinin yaradılmasının tərəfdarı olduğunu bəyan edib.