ABŞ müdafiə naziri Lloyd Ostin HƏMAS qruplaşmasının bir çox cəhətdən İŞİD terror təşkilatından daha pis olduğuna inanır.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Təl-Əvivdə İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşündə danışıb.
“Biz sizinləyik, biz sizin arxanızdayıq”, - Ostin Netanyahuya deyib.
Ostin çıxışının davamında əlavə edib:
“Bu terror qruplaşmasının (HƏMAS) hərəkətləri qorxunc və iyrəncdir. Bildiyiniz kimi, İŞİD-ə qarşı kampaniyanı başladan adam mənəm, İŞİD haqda çox şey bilirəm. Bu, İŞİD-də gördüklərimdən daha pisdir”.