“Qəzzaya hücum dərhal dayandırılmasa, heç kim dünya müsəlmanlarını dayandıra bilməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu İranın dini lideri Əli Xameneyi deyib.
“Qəzzaya hücum dərhal dayandırılmalıdır, əks halda heç kim müqavimət qüvvələrini və dünya müsəlmanlarını dayandıra bilməyəcək. Bütün dünyanın gözü qarşısında olanlar sionist rejimin (İsrail) soyqırımı cinayətidir. İşğal olunmuş ərazilərin bütün sakinləri silahlıdır. İsrailin hücumlarına rəhbərlik edən ABŞ son cinayətlərə görə məsuliyyət daşıyır”, - Xameneyi bildirib.