18 Oktyabr 2023 10:26
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Baş nazir Binyamin Netanyahuya İsrailin dostu kimi Yerusəlimin Qəzza müharibəsindəki strategiyası ilə bağlı bəzi çətin suallar verməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Con Kirbi deyib.

"The Times of Israel" yazır ki, bu səfər Qəzza xəstəxanasının bombardman edilməsindən sonra başlamamışdan əvvəl uğursuzluğa düçar olub. Bayden səfəri çərçivəsində Fələstin Prezidenti Mahmud Abbas, İordaniya Kralı II Abdullah və Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə dördtərəfli görüş keçirməli idi. Amma İordaniya partlayışdan sonra imtina etdiyi üçün dördtərəfli görüş ləğv edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər