18 Oktyabr 2023 11:51
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəzzada xəstəxanaya endirilən zərbələr cinayət və insanlıqdan çıxma aktıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Əlbəttə, biz bu cür əməli cinayət, insanlıqdan çıxma hərəkət kimi təsnif edirik”, - rusiyalı diplomat bildirib.

Zaxarova qeyd edib ki, İsrail Qəzzada xəstəxanaya edilən hücumda iştirak etmədiyinə dair sübutlar təqdim etməlidir.

“Sadəcə mediada və sosial şəbəkələrdə şərh verməklə kifayətlənməməli, faktlar da təqdim etməlisiniz”, - Rusiya rəsmisi vurğulayıb.

Zaxarova həmçinin ABŞ-ı vəziyyətə aydınlıq gətirməyə və faciənin günahkarını müəyyən etməyə kömək edəcək peyk görüntülərini təqdim etməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər