23 Oktyabr 2023 17:25
8 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Fransanın “Dassault Aviation” şirkətindən 54 ədəd “Rafale” qırıcısı sifariş vermək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Tribuna” məlumat yayıb.

Nəşr bildirir ki, ənənəvi olaraq ABŞ-dan “F-15” və Britaniyanın “Eurofighter Typhoon” təyyarələri alan Ər-Riyad rəsmi olaraq Parisdən noyabrın 10-dək 54 təyyarə sifarişi üçün qiymət təklifi verməsini istəyib.

Fransa müdafiə naziri Sebastyan Lekornu sentyabrın əvvəlində Səudiyyəyə səfər edib. Danışıqlar, digər məsələlərlə yanaşı, Ər-Riyada silah tədarükü ilə bağlı olub.

Səudiyyə on ilə yaxındır istehsalında Almaniyanın da yer aldığı 48 “Eurofighter Typhoon”un ikinci partiyasının çatdırılmasını gözləyir. Amma çatdırılma ləngidir, bu, Berlin, London və Ər-Riyad arasında münasibətlərin çətinləşməsinə səbəb olub. Səudiyyə bundan sonra ABŞ-ın F-35 təyyarələri ilə maraqlanmağa başlayıb. Amma Amerika ilə gərgin münasibətlər belə bir alış-verişi qeyri-mümkün edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər