24 Oktyabr 2023 10:16
14 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan “Redut” özəl hərbi şirkəti “Borz” könüllü batalyonunda döyüş ixtisasları üzrə qadınların işə qəbulunu elan edib. Zərif cinsin nümayəndələri Ukraynaya qarşı döyüşmək üçün cəbhəyə göndəriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vajnıe istorii” saytı məlumat yayıb.

İddiaya görə, qadınlara 220 min rubl (təxminən 2200 dollar) maaşla 6 aylıq müqavilə təklif olunur. Namizədlərə Donetskdə bir aylıq hazırlıq vəd edilir. Məlumatda deyilir ki, onlara yaralanmaya görə 1-3 milyon, ölümə görə 5 milyon rubl ödəniləcək. Xidmət başa çatdıqdan sonra veteran statusu veriləcək.

Hazırda iki qadın “Borz”a qatıldığını təsdiqləyib. Onlardan biri Donetskdən olan Yuliya Şeremet, ikincisi Uraldan olan Natalya Nikonorovadır. Yuliya PUA operatoru və snayper ixtisası üzrə təlim keçir, ikincisi isə tibb təlimatçısıdır.

Batalyona könüllü qoşulan başqa bir qadın da var, sayt onun 23 yaşlı Karina Kambarova olduğunu üzə çıxıb. Başqırdıstandan olan Karina həyat yoldaşı Anton Borisovla birlikdə Donbasda döyüşür.

“Borz” batalyonuna Ukraynanın Volnovaxa şəhərindən olan Dmitri Zipir rəhbərlik edir. Ukrayna xüsusi xidmət orqanları onun Donetskdəki qondarma qurumun “təhlükəsizlik nazirliyi”nin əməkdaşı olduğunu bildirir.

“Borz” (çeçen dilindən tərcümədə “canavar” deməkdir) adı Çeçenistandakı müharibələr zamanı rus qoşunlarına qarşı vuruşan Ruslan Qelayevin komandanlığı altında olan İçkeriya xüsusi təyinatlı alayına verilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər