25 Oktyabr 2023 10:53
1 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

“BMT baş katib Antonio Quterreşin HƏMAS-ın İsrailə hücumuna haqq qazandıran açıqlamasından sonra Təl-Əviv bu təşkilatın rəsmilərinə viza verilməsini dayandırıb”.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin BMT-dəki səfiri Gilad Erdan deyib.

“Biz BMT nümayəndələrinə viza verməkdən imtina edəcəyik. Artıq baş katibin humanitar məsələlər üzrə müavini Martin Qriffitsə viza verməkdən imtina etmişik. Onlara dərs verməyin vaxtı çatıb”, - israilli diplomat bildirib.

Erdan HƏMAS-ın hücumu nəticəsində 1400 nəfərin həyatını itirdiyi, onların böyük əksəriyyətinin mülki şəxs olduğunu xatırladıb.

Quterreş bundan əvvəl X sosial şəbəkəsində belə bir paylaşım edib: “Bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına haqq qazandıra bilməz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər