“ABŞ İranı və onunla əlaqəli infrastrukturunu vursa, cavab istənilən təsəvvürü aşacaq”.
Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyx İslami deyib.
“Fələstinlilərin, Qazza zolağın sakinlərinin müdafiəsi üçün bütün ölkələr tərəfindən lazımi tədbirlər görülməlidir. ABŞ-ın bizi zərbələrlə hədələməsi birinci dəfə deyil, gündəlik təhdidlərə öyrəşmişik. Amma belə bir səhv olarsa, İranın cavabı ağlasığmaz olacaq”, - nazir müavini bildirib.