Cənubi Koreya və ABŞ qüvvələri Şimali Koreyanın potensial HƏMAS tipli qəfil hücumlarına cavab vermək bacarıqlarını inkişaf etdirmək üçün təlimlərə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın Quru Əməliyyatlar Komandanlığı məlumat yayıb.
Şimali Koreyanın qonşu ölkəyə yönəldilmiş uzaqmənzilli artilleriya sistemləri qarşıdurma zamanı saatda təxminən 16 min mərmi atmağa qadirdir. Bu, sərhəddən təxminən 40-50 kilometr məsafədə yerləşən paytaxt Seul üçün ciddi təhlükə yaradır.
ABŞ və Cənubi Koreya mümkün artilleriya hücumlarına cavab olaraq, təlimlərdə şərti düşmənin uzaqmənzilli artilleriya təxribatlarını tez bir zamanda aradan qaldırmaq məşqlərini icra edib.