“Prezident Co Baydenin yaşı ABŞ üçün təhlükədir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni sədri Mayk Conson deyib.
“Məncə, çoxumuz belə düşünürük”, - spiker Baydenin zehni qabiliyyətində zəifləmə və bunu ABŞ üçün təhlükə olaraq görüb-görmədiyi sualına cavab verib.
Conson hesab edir ki, Baydenin prezidentliyi uğursuz olub:
“Bu, şəxsi qüsur deyil, ancaq yaş və zəka ilə bağlıdır, hər kəs fərqli formada yaşlanır. Narahatlığımız budur ki, indi dünya səhnəsində zəifliyimizi göstərmək vaxtı deyil. Təhlükəli dövrlərdir, dünya barıt çəlləyi kimidir”.