30 Oktyabr 2023 20:38
2 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi gələn il imzalana bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağına, Türkiyə ilə sərhədlərin açılacağına və bölgə ölkələri arasında kommunikasiya xətlərinin işə düşəcəyinə inandığına dair fikirlər səsləndirib.

Azərbaycan və Türkiyənin də istəyi Paşinyanın dediklərini reallığa çevirməsidir. Əslində Nikol Paşinyana dediklərini reallığa çevirmək üçün heç nə mane olmur. Qarabağ yükündən qurtulan Paşinyana zəif müxalifət təhlükə deyil. Bütövlükdə mexanizm işə düşüb, bu il olmasa da, gələn il ərzində Ermənistan baş naziri sadaladığı məsələlərin həlli ehtimalı yüksəkdir”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər