30 Oktyabr 2023 17:57
2 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstan Respublikasında kütləvi iğtişaşlar planlaşdırılan və həyata keçirilən xarici təxribatın nəticəsidir, məqsəd Rusiya xalqının harmonik inkişafını və etnik-dini birliyini pozmaqdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Onları Rusiyada daxili siyasi sabitliyi pozmaq üçün dəfələrlə açıq-aşkar ekstremist və terrorçu üsullara əl atanlardan ilhamlanıb. Növbəti dağıdıcı əməliyyatın həyata keçirilməsində birbaşa və əsas rol Kiyevdəki kriminal rejimə həvalə edilib ki, bu da öz növbəsində orada qurulan bədnam rusofobların əli ilə fəaliyyət göstərir”, - Rusiya rəsmisi bildirib.

Zaxarovanın iddiasına görə, Ukrayna tərəfindən belə təxribatlar sistemi şəkildə həyata keçirilir:

“Rusiya rəhbərliyinin operativ və birmənalı cavabı və daxili hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş, aydın və mütənasib hərəkətləri Rusiyada qarışıqlıq və nifaq toxumu səpməyə ümid edənlərin hamısına aydın cavabdır.

Rusiya Federasiyası regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə əsaslanaraq, mübahisələri və münaqişələri sivil dialoq əsasında həll etməyə çalışaraq, beynəlxalq məsələlərdə, o cümlədən Yaxın Şərqin nizamlanmasında sabitləşdirici rol oynamağa davam edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər