ABŞ Prezidenti Co Bayden İordaniya Kralı II Abdullahla danışıb.
Teleqraf.com xəbər verir ki, prezident və kral telefonda Qəzzada zorakılığın qarşısını almaq, ritorikanı sakitləşdirmək və regional gərginliyi azaltmaq üçün təcili mexanizmləri müzakirə ediblər.
Liderlər fələstinlilərin Qəzzadan kənara məcburi köçmələrinin önlənməsinin vacib olduğu və Baydenin bu barədə ABŞ-ın İordaniyaya sarsılmaz dəstəyini təsdiqlədiyi barədə razılığa gəliblər.