18 Yanvar 2015 02:02
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kuba və ABŞ nümayəndə heyətləri münasibətlərin normallaşdırılmasına dair danışıqların gələn həftə Havanada keçiriləcək birinci raundu zamanı səfirliklərin açılması məsələsini müzakirə edəcəklər.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Kuba XİN-in açıqlamasında deyilir.

Qeyd edək ki, yanvarın 21-də nümayəndə heyətləri miqrasiya məsələləri, əsasən də, qeyri-qanuni miqrasiya və gizli sahibkarlıq ilə mübarizə tədbirləri müzakirə olunacaq.

Yanvarın 22-də isə diplomatik münasibətlərin bərpası, həmçinin, səfirliklərin fəaliyyətinin bərpası məsələsi ilə bağlı ilk görüşün keçirilməsi planlaşdırılıb.

Kuba XİN rəhbərinə görə, danışıqlarda ABŞ-ın nümayəndə heyətinə ABŞ dövlət katibinin köməkçisi Robert Ceykobson rəhbərlik edəcək.


Müəllif:

Oxşar xəbərlər