Gələn il Rusiyaya qarşı müharibədə həlledici olacaq dönüş nöqtəsi yaxınlaşır.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak deyib.
Ukrayna rəsmisi Rusiyanın ölkənin enerji sisteminə gözlənilən hücumları ərəfəsində ABŞ və Avropanı sanksiyaları gücləndirməyə və Kiyevi əlavə sistemlər, xüsusən də hava hücumundan müdafiə vasitələri ilə təmin etməyə çağırıb.
“Müharibədə dönüş nöqtəsi yaxınlaşır. Gələn il həlledici olacaq”, - Yermak bildirib.
O qeyd edib ki, Ukrayna ordusunun əks-hücum əməliyyatı davam edir, Xerson vilayətinin sol sahilində uğurlar var, Prezident Vladimir Zelenski qələbəyə necə nail olmağı bilir.