Türkiyə parlamentinin (TBMM) iclasında gərgin anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, gərginliyə PKK terror təşkilatının siyasi qanadı HDP-dən olan deputat Maral Danış Beştaşın çıxışı səbəb olub.
Beştaş PKK lideri Abdullah Öcalanı müdafiə etdiyi vaxt hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatın etirazı ilə qarşılaşıb.
AKP-dən olan deputat Beştaşın çıxışını “terror sevgisi” adlandırıb.
PKK-nın baş terrorçusunu müdafiə etməklə həddini aşan HDP-çinin buna təpkisi də eyni səpkidə olub: etikadan kənar.
“Terrorçu sənin atandır, sənsən”, - Beştaş AKP-dən olan deputata cavab verib.