16 Noyabr 2023 22:12
2 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin məqsədi Ukraynanı Qərbin gözündə heç vaxt olmamış dövlət etməkdir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” yazır.

“Putin bu gün Ukraynadakı münaqişəni Qərblə “əbədi müharibə”nin bir hissəsi kimi görmür. Onun məqsədi artıq rusiyayönlü Ukrayna yaratmaq deyil, qərbyönlü Ukraynanın uğursuz dövlətdən başqa bir şey olmayacağını və istənilən halda Qərbin Ukraynaya dəstəyinin sonda dayandırılacağını göstərməkdir”, - məqalədə bildirilir.

Britaniya nəşri qeyd edir ki, Ukraynada müharibənin ilk aylarında Kreml “xüsusi hərbi əməliyyatı”nın bir neçə həftəyə başa çatacağına və rus qoşunlarının bu ölkədə “xilaskar” kimi qarşılanacağına dair aldadıcı bir inancın məngənəsində olub: “Amma Putinin 2022-ci ildə başlatdığı aqressiv müharibə indi aparılan müharibə ilə eyni deyil”.

Mənbə qeyd edir ki, hazırki situasiyada Qərbin üzləşdiyi çağırış ABŞ-ın “soyuq müharibə”nin ilk illərində Qərbi Almaniyada üzləşdiyi problemlərə heyrətamiz dərəcədə bənzəyir.

“Qərb sübut etməlidir ki, Ukrayna investorların pullarını qoymağa hazır olduğu yerdir: müharibənin sonuna qədər “Patriot” raketləri ilə qorunacaq. Ukrayna həm də hazırda vətənlərindən kənarda yaşayan çoxlu sayda ukraynalının geri qayıtmağa hazır olduğu ölkə olmalıdır. Nəhayət, Ukraynanın Avropa Birliyinə daxil olması ilə bağlı danışıqlar hətta müharibə davam edərkən də başlamalıdır”, - məqalədə deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər