ABŞ Tayvan adasının müstəqilliyini dəstəkləmir, lakin onu silahlandırmaqdan imtina etməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi brifinqdə bildirib.
“Prezident Bayden Çinin sədri cənab Siyə açıq şəkildə bildirdi ki, biz münaqişə istəmirik, biz Tayvan boğazında sülh və sabitlik istəyirik” deyən Kirbi ABŞ prezidentinin sözlərini təkrarlayıb: “ABŞ vahid Çin siyasətinə sadiq qalır və Tayvanın müstəqilliyini dəstəkləmir”.
“Lakin “Tayvan münasibətlər haqqında” qanuna uyğun olaraq, biz Tayvanı müdafiə imkanları ilə təchiz etməyə davam edəcəyik”, - C.Kirbi bildirib.