Məşhur lüksemburqlu bloger Lanna Broz Qərb ölkələrindəki islamofobiya ilə bağlı diqqətçəkən iddialar səsləndirib.
Teleqraf.com xəbər verir ki, bloger Qərb liderlərinin müsəlmanları öz dinlərindən uzaqlaşdırmaq üçün böyük səylər göstərdiklərini iddia edir.
Qərb ölkələrinin İslama qarşı təbliğat aparmasının səbəbini açıqlayan Broz deyib:
“Qərb niyə islamofobiyanı təşviq edir və bu dinin yayılmasından qorxur? Çünki müsəlmanların idarə olunma, manipulyasiya edilmə və yoldan çıxarılma ehtimalı azdır. Niyə? Çünki İslam dini iman və həyatda çox ciddi nizam-intizam tələb edir. Deməli, hipotetik olaraq, yerdə qalan 6 milyard insan İslama üz tutsa, artıq 2 milyard müsəlman var, spirt, ət, musiqi, porno sənayesi, Hollivud, qumar, bir çox bank çökərdi. Bu doğrudur və çox qorxuncdur. Onların öz ölkələrində müsəlmanları gözdən salmaq və ləkələmək üçün bu qədər səy göstərmələrinin əsas səbəbləri bunlardır.
Müsəlmanları sıxışdırıb çıxarmaq üçün səy göstərirlər. Çünki onları “modernləşdirməyin”, vərdişlərindən, cəmiyyətlərindən uzaqlaşdıraraq zəiflətməyin ən asan yolu budur. Əminəm ki, bunu sizə heç kim deməyib”.