19 Noyabr 2023 20:13
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənli üsyançılar Qırmızı dənizdə Böyük Britaniyaya məxsus “Galaxy Leader” yük gəmisini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Times of Israel" İsrail baş nazirinin ofisinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, yük gəmisi hazırda Yaponiya şirkətində icarədədir.

Nəşr bildirir ki, gəmi israilli iş adamı Abraham Unqarın mülkiyyətindədir. Ələ keçirilən zaman gəmi Baham adaları bayrağı altında Türkiyədən Hindistana üzürmüş. Göyərtəsində Ukrayna, Bolqarıstan, Filippin və Meksika vətəndaşları olub.

Bundan əvvəl üsyançıların sözçüsü Yəhya Saria İsrail şirkətlərinə məxsus və ya İsrail bayrağı altında üzən bütün gəmilərə hücum edəcəklərini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər