20 Noyabr 2023 10:54
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanğıcında, 2022-ci ilin yazında Polşa prezidenti və ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə qarşı mümkün sui-qəsd cəhdi araşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə polşalı jurnalist Zbiqnev Parafyanoviç “Polşa müharibədə” adlı kitabında yazıb.

Həmin il martın 25-də Prezident Anjey Duda və Baş Qərargah rəisi, general Raymund Andjeyçak ABŞ Prezidenti Co Baydenlə görüşmək üçün Rzeşova uçublar. Amma havaya qalxan “Boeing” təcili eniş etməli olub.

Müəllif qeyd edir ki, təyyarənin müəmmalı nasazlığı səbəbindən içəridəkilər ölməyə yaxın olublar. Eniş etdikdən sonra nümayəndə heyəti başqa təyyarəyə keçirilib.

Parafyanoviç yazır ki, o zaman mümkün səbəblərdən biri təxribat və ya sui-qəsd ehtimalı hesab olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər