21 Noyabr 2023 12:20
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbi qüvvələri Xerson vilayətinin sol sahilində irəliləməyə davam edir. Hazırda Krınık qəsəbəsi yaxınlığında döyüş gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində irəliləyişini Rusiya mənbələri də təsdiqləyib. Rusların bildirdiklərinə ggörə, Ukrayna qoşunları Krınıkın qərb hissəsi yaxınlığında nəzarət zonasını genişləndirib.

Rusiya ordusu TOS-1A “Solntsepek” ağır alov qurğusundan termobarik sursatlarla Ukraynanın mövqelərinə zərbələr endirir.

Bundan əlavə, Ukrayna qüvvələri Poyma və Pişçanivka istiqamətində də hücuma başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər