Qərbin Ukrayna Silahlı Qüvvələrinə göndərdiyi pulun heç yarısı cəbhəyə çatmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Çeçenistanın “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinov bildirib.
“Dönüş nöqtəsi artıq baş verib. Düşünürəm ki, dünya müharibəsində olduğu kimi bu qış da qalib Rusiya olacaq. Yaza qədər biz çox ciddi nəticələr əldə edəcəyik. Biz hiss edirik ki, Ukrayna ordusunun mərmilərlə bağlı vəziyyəti xeyli dəyişib. Ukrayna qüvvələrinin bütün resursları tükənmək üzrədir”, - Alaudinov vurğulayıb.