24 Noyabr 2023 01:27
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğız Respublikasının Prezidenti Sadır Japarov noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğızıstan Prezidenti Sadır Japarovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.


Müəllif: Teleqraf.com