30 Noyabr 2023 10:42
2 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astronomlar milyardlarla ildir kənar təsirlərə məruz qalmadan, tam sinxron hərəkət edərək mövcudluğunu qoruyan Günəş sistemi kəşf ediblər.

Teleqraf.com xəbər verir ki, Günəş sisteminin tədqiqi üçün ABŞ-ın Kosmos Agentliyinin (NASA) TESS və Avropa Kosmos Agentliyinin CHEOPS teleskopları istifadə olunub.

Yer kürəsinin daxil olduğu Süd Yolu qalaktikasında yerləşən bu Günəş sistemi planetimizdən 100 işıq ili uzaqdadır.

Tədqiqatçılar hesab edirlər ki, planetlərin heç biri sistemin Günəşindən həyat üçün əlverişli məsafədə olmadıqlarına görə sistemdə həyat yoxdur.

Sistemin mərkəzində yerləşən HD 110067 adlı Günəşin başqa planetlərinin də ola biləcəyini düşünən tədqiqatçılar indiyə qədər kəşf edilən planetlərin 9-54 gün arasında Günəş ətrafında tam dövrə vurduqlarını deyirlər.

Elm adamları bizim Günəş sistemi də daxil olmaqla bütün sistemlərin sinxron vəziyyətdə formalaşdığını və planetlərin hərəkətlərinin meteoritlər kimi kənar faktorlar nəticəsində sonradan dəyişdiyini təxmin edərkən, hər 100 sistemdən birinin sinxron hərəkəti davam etdirdiyini vurğulayırlar.

Tədqiqatın müəlliflərindən olan Enrik Palle təxminən 50 sinxron hərəkət edən Günəş sisteminin kəşf edildiyini, amma onların heç birində HD 110067 qədər planetin olmadığını bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər